06 sentyabr 2023 09:46
288

Məktəblərin ətrafında piyada keçidləri yenidən boyanır

Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində müvafiq işlər görülür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “İki sahil”ə bildirilib ki, bu məqsədlə piyada keçidləri yenidən boyanır, asfalt üzərinə “Yavaş məktəb“ nişanları yazılır.