06 sentyabr 2023 16:51
457

Ağdamda növbəti vətəndaş qəbulu keçirilib FOTO

Bu gün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İH-in  inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədi ilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.

Qeyd edək ki, bu kimi qəbullar Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq davamlı təşkil edilir. Məqsəd vətəndaşların məişət problemlərinin vaxtında və səmərəli həllinə dövlət dəstəyi göstərməkdir. Çünki hər bir vətəndaş arxasında güclü və humanist bir dövlətin olduğunu anlamaqla özünə və dövlətinə güvəni birə-beş artır.

Elçin Zaman, "İki sahil"