Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşləri davam etdirir.
“İki sahil” xəbər verir ki, sentyabrın 8-də qrafikə uyğun olaraq YAP Daşkəsən rayon təşkilatı Quşçu kəndində partiya fəalları, bitərəflər, ziyalılar və ağsaqqallarla diskussiya şəraitində görüş keçirib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev də iştirak etdiyi tədbirdə partiyanın və müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqrlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi yad edilib.
Görüşdə YAP-ın keçdiyi şərəfli tarixi yoldan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev apardığı uğurlu siyasətdən, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən, ölkəmizin sürətli inkişafından və keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərimizə qayıdışından geniş söhbət açılıb.
Quşçu kəndində yaşayan Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız onların öz ata-baba yurdlarına qayıtmaqları üçün apardığı mübarizəyə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Cavid Əkbərov, “İki sahil”