Cari ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 83,6 mln. ton yük, 1044,4 mln. sərnişin daşınıb.
“İki sahil” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 17,1% artım qeydə alınıb.
Sərnişinlərin 94,8%-i avtobus, 5,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Yük dövriyyəsi 4,8%, sərnişin dövriyyəsi isə 16,7% artıb.