02 noyabr 2026 16:39
142

“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının aparıcı iştirakçılarından biri olan “PAŞA Kapital” İnvestisiya Şirkəti korporativ istiqrazların yerləşdirilməsi sahəsində növbəti uğura imza ataraq, daha bir istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

“İki sahil” xəbər verir ki, BOKT “International” ASC tərəfindən emissiya edilən ümumi həcmi 1 milyon manat olan korporativ istiqrazlar 30 oktyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın iştirakı ilə tam həcmdə yerləşdirilib.

İnvestorların fəal iştirakı ilə həyata keçirilən yerləşdirmə çərçivəsində 50 investor tərəfindən ümumilikdə 50 sifariş təqdim edilib. Sifarişlərin ümumi həcmi emissiya məbləğinə bərabər olub və nəticədə istiqraz emissiyasının 100%-lik yerləşdirilməsinə nail olunub.

Yerləşdirmədə iştirak edən investorların hamısı fiziki şəxslər olub.

Hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz investorlara illik 15 % kupon gəliri və 2 illik tədavül müddəti ilə təqdim edilib. İstiqrazlar üzrə kupon ödənişləri aylıq əsasda həyata keçiriləcək.

“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.