13 sentyabrda Biləsuvar rayonunda 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək yüksək nəticə ilə respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına qəbul olunan məzunlarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, Kapital Bank ASC-nin müdiri Əlifağa Məlikov və məzunlar iştirak edib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışdı.
Çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, Kapital Bank ASC-nin müdiri Əlifağa Məlikov məzunları təbrik edərək xoş arzularını çatdırdılar.
Daha sonra məzunlar göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər
Tədbirdə yüksək nəticə ilə ali məktəblərə qəbul olan tələbələrə fəxri fərman və hədiyyələr təqdim olundu, sonda xatirə şəkli çəkildi.