14 sentyabr 2023 10:24
287

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar 33%-dək artıb

Azərbaycanda bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 1 902,2 min və ya 32,7% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 33,5% azalaraq 198,9 min ton olub.