Azərbaycanda 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 350 888, qeyri-neft sektorunun özəl bölməsində isə 331 018 artıb.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsi hesabında yazıb.
"Bu müddət ərzində qeyri-neft sektorunun özəl bölməsinin ümumi əmək müqavilələrində payı 38,5 %-dən 49,7 %-ə çatıb", - deyə nazir qeyd edib.
Slovakiya şirkətlərinin azad edilmiş ərazilərimizin bərpasına töhfə verməkdə güclü maraq göstərməsi sevindiricidir
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib - VİDEO
Energetika naziri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi ilə görüşüb