14 sentyabr 2023 16:28
271

Azərbaycanın maye qaz ixracını artırıb, gəlirlər isə azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 2,7% çoxdur.

"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 87,9% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.