Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin Emal və Neft-Kimya bölməsinin və "Petkim Petrokimya Holding"in Baş direktoru vəzifəsinə təyinat olub.
“İki sahil” xəbər verir ki, bu vəzifə Kənan Mirzəyevə həvalə edilib. Bundan öncə Kənan Mirzəyev şirkətin strategiya üzrə baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, "SOCAR Türkiyə"nin Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov olub. O, iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəmcama əsasən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib