15 sentyabr 2023 15:42
320

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 24 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.

8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,2 % azalıb, idxal isə 25,7 % artıb.

Son nəticədə xarici ticarətdə 13 milyard 204 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24 % azdır.