24 sentyabr 2023 11:10
421

AQSİA üzvlərinin növbəti uğuru - FOTO

16-17 sentyabr tarixlərində Azərbaycan Qadın Sahibkarlığınin İnkişaf Assosiasiyasınin və TUİB-in təşkilatçılığı, Badam klinikasi və Medjoint MMC -nin baş sponsorluğu ilə Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanda sağlamlıq günləri" birinci Artroplastika konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  konfransda əslən azərbaycanlı olan prof Dr Mehmet Sərdar Binnət və Türkiyədən bir çox həkimlər iştirak ediblər.

Konfransın birinci  günündə  yerli və türkiyəli həkimlər tərəfindən bud, çanaq diz oynaqlarına ilə bağlı masterclasslar və panel müzakirələri aparılıb.

Qeyd edək ki, konfrans AQSİA üzvü, "Med joint"in icraçı direktoru Cansu Dalkıranoğlunun təşəbbüsü ilə baş tutub.

AQSİA İdarə Heyətinin üzvü Vəsilə Abdulova çıxışında uğurun davamını arzulayaraq, qadın həmrəyliyinin bütün sahələrdə vacib olduğunu vurğulayıb.

AQSİA üzvləri öz xidmətlərini təklif edən stendlər açaraq  tədbirdə  təmsil olunublar.