Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimat göndərilib.
“İki sahil” xəbər verir ki, bu məqsədlə Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən müvafiq yardım yola salınıb. FHN-in təcili yardım avtomobili hadisə yerinə yola düşüb.
Qeyd edək ki, Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı dəqiqləşdirilir.