26 sentyabr 2023 12:52
279

Türkiyəli jurnalistlər Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Türkiyəli jurnalistlər Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Türkiyənin müxtəlif media orqanlarından olan 100 nəfərdən ibarət heyət Qənimətlər Parkında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra paytaxta gətirilərək nümayiş etdirilən hərbi silah-sursat və ağır texnikalarla tanış olublar.

Jurnalistlərə Azərbaycanın Vətən müharibəsində qələbəyə gedən yolundan, həmçinin hərbçilərimizin şücaətindən bəhs edilib.