26 sentyabr 2023 18:30
360

YAP Daşkəsən rayon təşkilatı görüşləri davam etdirir FOTO

Sentyabrın 26-da qrafikə uyğun olaraq Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı Daşkəsən şəhərində partiya fəalları, bitərəflər, ziyalılar və ağsaqqallarla görüş keçirib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev də iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən, Qarabağda keçirdiyi antiterror tədbirində qısa zamanda əldə etdiyimiz Qələbədən, 25 sentyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana mühüm səfərindən, iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən geniş söhbət açılıb.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə partiyada aparılan islahatlardan və görülən müsbət işlərdən də söhbət açılıb, irəli sürülən təklif və problemlər qeydə alınıb.

Cavid Əkbərov, “İki sahil”