27 sentyabr 2023 12:19
360

Salyanda şəhid ailələri ziyarət edilib - FOTO

Qarabağın  erməni işğalçılarından azad edilməsi uğrunda gedən 44 günlük şanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Salyan  rayonunda da daim ehtiramla yad edilir. Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov və müavini Rəşad Cəbrayılov davamlı olaraq şəhid ailələrini ziyarət edərək onlara qayğı və diqqət göstərirlər. 

Azərbaycan Ordusunun tarix yazmağa başladığı  2020-ci ilin  27 Sentyabr – Anım Günü münasibətilə  Salyan  RİH başçısının müavini Rəşhad Cəbrayılov rayondakı şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını evlərində yenidən ziyarət edib. Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri möhtərəm Prezident Ilham Əliyevə və Birinci vitse- Prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Elçin Zaman, "İki sahil"