29 sentyabr 2023 11:33
341

Naxçıvanda Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilir

Naxçıvan şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilir.

“İki sahil” xəbər verir ki, görüşdə energetika sahəsində Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq və perspektivlər müzakirə olunur.