30 sentyabr 2023 21:32
424

Ağcabədidə baş verən qəzada Şəmkir sakini ölüb - FOTO

Ağcəbədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 32-BE-883 Dövlət qeydiyyat nişanlı "LADA PRİORA" markalı minik avtomobili digər minik avtomobili toqquşması nəticəsində avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir nəfər Şəmkir rayon Seyfəli kənd sakini 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib. Şəmkir rayon Seyfəli kənd sakini 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və əlavə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.