30 sentyabr 2023 23:55
491

Azərbaycanlı Dağıstanda bədbəxt hadisə nəticəsində həlak olub

Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

“İki sahil” xəbər verir ki, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.