01 oktyabr 2023 12:00
753

Ankarada terrorçu özünü partladıb, polis əməkdaşları yaralanıb- YENİLƏNİB

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.

***

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.