03 oktyabr 2023 17:28
390

"Azəriqaz" salyanlı sahibkarların problem və təkliflərini dəyərləndirdi - FOTO

Oktyabrın3-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) « Açıq Mikrofon» aksiyası  Salyan rayonunda sahibkarların ixtiyarına verilib. Aksiyada İB-in Baş direktorunun Satış üzrə müavini Rəşad Cavadov, Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev və KOBİA-nın nümayəndəsi iştirak ediblər.

 Aksiya zamanı sahibkarların təbii qazla bağlı problem və təklifləri dinlənilib və eyni zamanda, onların həlli istiqamətində tapşırıqlar verilib.

Qeyd edək ki, «Azəriqaz» İB bu kimi sosial aksiyaları davamlı təşkil edir və məqsəd sahibkarlara daha çox dəstək olmaqla ölkə iqtiadiyyatının inkşafına yen imkanlar yaratmaqdır.

Elçin Zaman, "İki sahil"