05 oktyabr 2023 08:00
454

Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb -  FOTO

Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

“İki sahil” xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, cari qış mövsümünün ilk qarıdır. Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.