Türkiyənin dəvəti ilə İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin nazir müavinləri çoxtərəfli siyasi məsləhətləşmələr keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüşdə Qazaxıstanda keçiriləcək 10-cu TDT Zirvə Toplantısına hazırlıq işləri nəzərdən keçirilib, TDT-nin gündəliyindəki əməkdaşlıq məsələləri, təşkilatın gücləndirilməsi ilə bağlı məsələlər, türk dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər müzakirə edilib.