05 oktyabr 2023 21:01
613

Xızıda sakinlərlə görüş keçirilib - FOTO

Bu gün Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyevlə birgə rayonun Sitalçay və Məşədihəsən kənd sakinləri, partiya fəalları və kənd ziyalılarla görüş keçiriblər.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Sitalçay kənd  ərazisində yerləşən şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzüldü.

Sonra çıxış edən  Milli Məclisin deputatı Müşfiq Məmmədli,  YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin quruculuğunda partiyanın xidmətlərindən bəhs ediblər. Görüşdə YAP-ın fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığı vurğulanıb.

Daha sonra  Sitalçay kənd və Məşədihəsən kənd sakinləri  tərəfindən onları narahat edən məsələləri diqqətə çatdırıblar. Kənd sakinlərinin müraciəti dinlənilək, problemlərin tezliklə aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.

Görüşün sonunda tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.