SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi növbəti «Açıq mikrofon» aksiyalarını Beyləqan rayonunu mərkəzində və Bərdə rayonunun Qaradəmirçi kəndində keçirib. Sakinlər aksiyaların imkanlarından istifadə edərək öz müraciətlərini Tərtər Regional Qaz İstismar İdarəsinin (RQİİ) rəhbərliyinə ünvanlayıblar.
RQİİ-nin rəisi Azay Muxtarov aksiyada səslənən sualları cavablandıraraq ünvanlanan təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini və həlli istiqamətində işlər görüləcəyini bildirib. Aksiyada Birlik rəsmiləri ilə yanaşı, KOBİA-nın məsul şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, bu kimi vətəndaş qəbullarının keçirilməsi «Azəriqaz» İstehsalat Birliyi rəhbərliyinin göstəriş və tapşırıqlarına uyğun aparılır. Məqsəd əhalinini qazla bağlı problemlərinin həllini sürətləndirməklə vətəndaş məmnuiyyəti qazanmaqdır.
Elçin Zaman, "İki sahil"
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub