06 oktyabr 2023 18:21
396

Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün! - FOTO

İmişlidə şəhidin ailəsi ziyarət edilib 

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon prokuroru Valeh Səmədov, İmişli rayon Polis şöbəsinin rəisi Füzuli Şıxəliyev tərəfindən Vətən müharibəsi şəhidi, İmişli rayon Qulubəyli kənd sakini Şahbazov Abas Cavad oğlunun şəhadətə yüksəlməsinin 3-cü ildönümü ilə əlaqədar olaraq ailəsi ziyarət olunub. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Allahdan bütün şəhidlərimizə rəhmət diləyib, şəhidlərimizin 3-cü ildönümündə bu gün də qazanılan uğurları diqqətə çatdıraraq, başda Ali Baş komandan olmaqla şəhidlərimizin sayəsində olmasına görə təşəkkürlərini bildirib.

Şəhid atası dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Elçin Zaman, «İki sahil»