07 oktyabr 2023 20:20
259

74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı onlayn mediada ən çox xəbər yayan KİV-lər açıqlandı

Bir həftə ərzində 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı onlayn mediada 1813 xəbər dərc olunub. 

“İki sahil” xəbər verir ki, bu barədə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.

Qeyd edilib ki, siyahıya 140 xəbər dərc edən AZƏRTAC başçılıq edir. 62 xəbər dərc edən “İki sahil” ikinci, 58 xəbər dərc edən "Report" isə üçüncüdür.

Osman Gündüz xatırladıb ki, ötən gün 74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirildi: “Beynəlxalq Astronavtika Federasiyasının rəhbərliyi təşkilatçılara təşəkkür etdi, mükafatlar, təltiflər oldu. Əsas təşkilatçılıq “Azərkosmos”da olsa da, hiss olunurdu ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirin uğurlu alınması üçün öncədən bütün resurslarını cəlb etmişdi. Konqres çox uğurlu və faydalı, yaddaqalan, gələcəyə hesablanan bir tədbir oldu. Düşünürəm ki, dünya kosmos icmasının bir həftəlik Bakı Konqresi ölkəmizdə bu sektorun, yeni biznes sahəsinin inkişafı, bu sahədə qlobal dünyanın söz sahibləri ilə əməkdaşlığın güclənməsi, gənclərdə bu sahəyə marağın artması və sektorda kadrların hazırlanması, Azərbaycanın beynəlxalq imicinin formalaşması üçün xeyli faydası oldu. Spesifik bir sahə olmasına baxmayaraq media da bu məsələni yetərincə gündəmə saxlaya bildi".