İmişlidə şəhid ailələri ziyarət edilir
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayevin şəhidlərimizin ildönümündə onların ailələrini ziyarəti davam edir.
“İki sahil” xəbər verir ki, bu gün mayor Hüseynov Nazim Yaqub oğlunun, Hüseynov Eldəniz Tahir oğlunun və Abışov Tacəddin Elşən oğlunun 3-cü ildönümü mərasimlərində iştirak edərək şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara baş sağlığı verən Səfa Ağayev bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən sonra işğaldan azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdarlıq edir, Qarabağ adlı haqq savaşında bizlərə tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə qürur duyur.
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir.
Şəhidlərin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.