11 oktyabr 2023 16:31
239

Mərkəzi Banka sentyabrda 152 nəfər “whatsapp”la müraciət edib

Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankına (AMB) “whatsapp” üzərindən 152 müraciət qeydə alınıb.

“İki sahil” bu barədə AMB-yə istinadla xəbər verir.

Məlumata görə, müraciətlərin 10-u nəzarət subyekti ilə əlaqə saxlanmasında yaranan çətinliklərlə, 3-ü AMB-nin rəsmi cavab məktubunun əldə edilməsi ilə, 139-u isə digər səbəblərlə bağlı olub.

Hesbata dövründə AMB-yə ümumilikdə 5 223 zəng daxil olub ki, bunun da 1 224-ü bank sektoru, 517-si sığorta sektoru, 2-si qiymətli kağızlar sektoru, 3 480-i isə digər məsələlərlə bağlı olub.

Həmçinin ay ərzində AMB-yə banklarla bağlı 543, sığorta şirkətləri ilə bağlı 209, kapital bazarı ilə bağlı 23, digər məsələlərlə bağlı isə 32, ümumilikdə isə 807 yazılı müraciət ünvanlanıb.

Sentyabrda AMB 120 vətəndaşı qəbul edib. Vətəndaşlar əsasən sığorta (56 nəfər) ilə bağlı müraciət edib. Bu sektoru banklar (51 nəfər), kapital bazarı (7 nəfər) və digər (6 nəfər) məsələrlə bağlı müraciətlər izləyib.