11 oktyabr 2023 17:35
299

Mobil operatorların builki gəlirləri 93 milyon manatdan çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 14,7% artaraq 2 mlrd. 258,5 mln. manat təşkil edib.

"İki sahil" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 75%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 38%-i və ya 859,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.