Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs Türkiyədə qaz qovşağının yaradılmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.
O, Rusiyanın Türkiyə vasitəsilə qaz nəqli imkanlarını genişləndirmək ideyasının olduğunu söyləyib.
Rusiya Prezidenti Azərbaycanın Türkiyədəki qaz qovşağına maraq göstərdiyini qeyd edib. Bildirib ki, Türkiyədəki qaz qovşağına digər ölkələr də qoşula bilər.
"Türkiyədə qaz qovşağı layihəsi ilk növbədə Avropaya qaz ticarəti üçün elektron platformanın yaradılması ilə bağlıdır", deyə Putin vurğulayıb.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib