Erməni silahlı bölmələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir

28 aprel 2016 14:18
124

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

İki sahil Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Məhərrəm Ağalaroğlu