Oktyabrın 11-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC ilə Niderlandın “Damen Shipyards Gorinchem B.V." şirkəti arasında Dibdərinləşdirən CSD 650 gəmisinin tikintisi üçün müqavilə imzalanıb.
“İki sahil” xəbər verir ki, Azərbaycandabu tip gəminin inşaası ilk dəfə həyata keçiriləcək.
Qeyd edək ki, cari ilin iyununda Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib