Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7%, neft koksunun istehsalı 27,4%, qazoylların (dizel yanacağının) istehsalı 20%, avtomobil benzininin istehsalı 19,1% artıb, neft bitumen istehsalı 30,7%, mazut istehsalı isə 92,4% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib