Ağdam Rayon Heydər Əliyev mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib.
“İki sahil” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
Vaqif Həsənov və digər natiqlər Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı olan ümummilli lider Heydər Əliyevin siyasi irsinin, ölməz ideyalarının onun vəfatından sonra da yaşamasından, uğurla davam etdirilməsindən bəhs ediblər.
Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar may ayında Yeni Azərbaycan Partiyasına üzv olan fəallara vəsiqələr təqdim olunub.
Elçin Zaman, "İki sahil"