"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyində ödəniş kartları ilə aparılan əməliyyatlarda tətbiq edilən interçeync xidmət haqları, ölkədaxili “card-to-card” tipli ödəniş əməliyyatları üzrə yaranan mübahisəli halların həlli və digər cari layihələr müzakirə edilib.
"İki sahil" bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclası keçirilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib