Qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclasında bildirilib.
Qeyd edilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcəkdir.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib