13 oktyabr 2023 11:10
294

Nyu-York birjasında təbii qaz daha da ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,17% azalaraq, 3,307 dollar təşkil edib.