13 oktyabr 2023 11:13
293

Dünya bazarlarında neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 1,03% artaraq, 1 barelə görə 86,89 dollar təşkil edib.

"İki sahil"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,24% artaraq, 83,94 dollar olub.