Naxçıvanda problemli kreditlərin sayı ötən il 3 faiz təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, bu il sentyabrın 1-nə olan məlumata görə vaxtı keçmiş kreditlərin sayı 2,1 faizə qədər düşüb: “Göstəricinin aşağı olması Naxçıvanın balaca yer olması və burada əhali arasında psixoloji durum və ictimai qınağın olmasıdır. Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu yerdir".
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib