Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında 13,7 mln. ton yük, 4 915,7 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 45,5% artım müşahidə olunub.
“Orta hesabla sutkada 408 vaqon yüklənmiş, 420 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib