2023-cü ilin yanvar-sentyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 11.3% artaraq 4 milyard 706.6 milyon manata çatıb.
"İki sahil" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 210,7 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 18.2 % çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3 milyard 294.4 milyon manat (8.6% çox), aksizlər üzrə daxilolmalar 167,607 milyon manat (38.3% çox), yol vergisi üzrə daxilolmalar isə 33,292 milyon manat (29.3% az) təşkil edib.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib