Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarəsi bölgədə yeni valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlaması üçün aidiyyəti üzrə müraciət edib.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında idarənin rəisi Elçin Əliyev bildirib.
"Hazırda Naxçıvanda valyuta mübadiləsi banklar və 1 özəl valyutadəyişmə məntəqəsi vasitəsilə aparılır. Gələcəkdə muxtar respublikaya turist axınının artacağını nəzərə alaraq valyuta dəyişmə məntəqələrinin sayının artırılması ilə bağlı müraciət edilib", - deyə o qeyd edib.
İdarə rəisi həmçinin deyib ki, hazırda Naxçıvanda xarici valyutaya tələbat aşağıdır: “Xarici valyutada qoyulan əmanətlərdə də azalma müşahidə olunur. Bunun da səbəbi milli valyutaya inamın artmasıdır".
Bundan başqa, onun sözlərinə görə, hazırda muxtar respublikada nağdsız dövriyyənin artırılması ilə bağlı da tədbirlər görülür: "Bu istiqamətdə əvvəllər də müxtəlif dövlət proqramları icra edilib və bu işlər davam etdirilir. POS-terminalların sayı artırılır. Kommersiya bankları ilə əldə etdiyimiz razılığa uyğun olaraq onlar müxtəlif obyektlərdə POS-terminallar yerləşdirir. POS-terminal olmayan obyektlərlə bağlı isə “kölgə iqtisadiyyatı” mövzusunda maarifləndirici, maliyyə savadlılığını artıran söhbətlər aparılır”.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib