14 oktyabr 2023 11:59
401

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 12 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 28 milyon manatının və yaxud 0,1 %-nin dövlət əmlakının icarəyə verilməsi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.