14 oktyabr 2023 12:01
284

2003-cü ildən Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və təmir edilib

2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və ya təmir edilib.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin 1 400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir olunub.