16 oktyabr 2023 09:28
311

Azərbaycanda məqsədli büdcə fondlarına ayırmalar 44 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 523,9 milyon manatı və yaxud 1,4 %-i məqsədli büdcə fondlarına ayırmaların payına düşəcək.

“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 44,3 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.