2023-cü ilin yanvar-sentyabr aylarında Rusiya Federasiyasından Türkiyə limanlarına 73 milyon 299 min 285 ton yük daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 4 milyon 118 min 712 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 61 milyon 128 min 58 ton yük çatdırıb. Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 8 milyon 52 min 515 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Rusiyadan 3 milyon 676 min 670 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib. 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.
Bundan əlavə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.
Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib. 2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton tranzit yük daşınıb.