16 oktyabr 2023 12:44
321

Sahibkarlığın İnkişafı Fondu 9 ayda 102 milyon manat güzəştli kredit verib

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 101,9 milyon manat güzəştli kredit verib.

"iki sahil” Fonda istinadən xəbər verir ki, həmin vəsait sahibkarların 2 105 layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

Fond 9 ayda ayırdığı kreditlər hesabına 1 505 yeni iş yerinin yaradılması nəzərdə tutulur.