AQSİA-nın təşəbbüsü ilə Azərbaycana səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və heyəti, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva “Bakı KOB evi”ndə olub.
“İki sahil” xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və xanım Sibel Tatarın heyəti arasında keçirilən görüşdə KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətləri barədə məlumat verilib, mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Xanım Sibel Tatar və heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olub.
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikintisində bütün təhlükəsizlik tədbirləri görülüb
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib
Auditorlar Palatası fəaliyyətini rəqəmsallaşma, peşə etikası və beynəlxalq əməkdaşlıq istiqamətində gücləndirir