2024-cü ildə Azərbaycanda dövlət büdcəsində meliorasiya xərcləri artırılır.
Bu barədə “İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Layihəyə əsasən, gələn il meliorasiya xərcləri 507 133 624 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.9% və ya 41,300,822 manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində meliorasiya xərcləri 465 832 802 manat proqnozlaşdırılıb.